Operativ Məlumat Mərkəzi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib

1 dəq
Paylaş:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfərə gəlib
TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qazaxıstan...

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər