Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan müxalifətinin lideri Aydos Sadıkova hücumla bağlı rəsmi araşdırmanın Kiyevə göndərilməsi barədə göstəriş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Xarici İşlər Nazirliyi və hüquq-mühafizə orqanları vasitəsilə müvafiq sorğu göndərilib. Prezident vurğulayıb ki, lazım gələrsə, Qazaxıstanın rəsmi qurumları hadisənin bütün hallarının müəyyən edilməsinə kömək etmək üçün istintaqda iştirak etməyə hazırdır.
Tokayev əlavə edib ki, Qazaxıstan qanunun aliliyinin möhkəmləndirilməsi yolu ilə gedir və Kiyevdə Sadıqova qarşı törədilən cinayət bu prizmadan dəyərləndirilməlidir.