Operativ Məlumat Mərkəzi

Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

2 dəq
Paylaş:
Qarsda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, müdafiə nazirləri regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə...

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Türkiyəyə səfəri çərçivəsində Qarsda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə milli müdafiə naziri Hulusi Akarla üçtərəfli formatda görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, müdafiə nazirləri regional inkişaf və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

"Görüşdə hər üç ölkənin hərbçilərini bir-birinə yaxınlaşdıran və qarşılıqlı əməliyyat qabiliyyətini gücləndirən birgə hərbi təlim və məşqlərin önəminə diqqət çəkilib. Regionun təhlükəsizliyi və sabitliyinə xidmət edən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatının vacibliyi qeyd edilib”, - Gürcüstan Müdafiə Nazirliyinin məlumatında bildirilib

Bu xəbəri paylaş

Oxşar xəbərlər