Operativ Məlumat Mərkəzi

Qarabağ və Şərqi Zəngəzurda işləyən şəxslərə mina təlimləri keçirilib

1 dəq
Paylaş:
Qarabağ və Şərqi Zəngəzurda işləyən şəxslərə mina təlimləri keçirilib

Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən qurum nümayəndələrinə ANAMA-nın müvafiq əməkdaşları tərəfindən keçirilən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, növbəti təlim Aqrar Sığorta Fondunun və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin əməkdaşlarına, eləcə də heyvandarlıq və bitkiçilik sahəsi üzrə müstəqil aqrar sığorta ekspertlərinə keçirilib.

İşğaldan azad edilmiş ərazilərə kənd təsərrüfatı fəaliyyəti ilə bağlı səfər edəcək aqrar sığorta ekspertlərinə əsas təhlükəsizlik qaydaları barədə məlumat verilib, maarifləndirici video təlimatlar nümayiş olunub, xəbərdaredici qaydalar əks olunan broşürlar paylanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər