Operativ Məlumat Mərkəzi

"Qarabağ" UEFA Avropa Liqasında mübarizəyə başlayır

2 dəq
Paylaş:
"Qarabağ" UEFA Avropa Liqasında mübarizəyə başlayır
"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "köhlən atlar" III təsnifat...

"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi israilli Roy Reinsreyber olacaq.

Ağdam klubunun heyətində Marko Veşoviç və Abbas HÜseynov zədə səbəbindən qarşılaşmanı buraxacaq. Helsinki təmsilçisində isə itkilər daha çoxdur. Qonaqlar ilk matçda Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin xidmətindən istifadə edə bilməyəcəklər.

Komandalar arasında cavab oyunu avqustun 20-də keçiriləcək.

HİK 2021/2022 mövsümündə Avropa Liqasının III raundunda "Neftçi"ni iki oyunun (3:0, 2:2) nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, ilk oyun
10 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - HİK (Finlandiya)
Baş hakim: Roy Reinsreyber (İsrail)
Tofiq Bəhramov adına Respublika stadionu

Bu xəbəri paylaş

Oxşar xəbərlər