Operativ Məlumat Mərkəzi

"Qarabağ" Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb - RƏSMİ

1 dəq
Paylaş:
"Qarabağ" Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb - RƏSMİ
bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun...

"Qarabağ" klubu Şahruddin Məhəmmədəliyevlə müqavilə bağlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb. Ötən mövsüm Türkiyənin “Adana Dəmirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.

Qeyd edək ki, Ş.Məhəmmədəliyev 2016-2024-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Qolkiper "Qarabağ"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. O, Azərbaycan millisində 29 oyun keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər