Operativ Məlumat Mərkəzi

Qanunsuz dövriyədən çıxarılan 8,8 kq narkotik vasitə aşkarlanıb

1 dəq
Paylaş:
Qanunsuz  dövriyədən çıxarılan 8,8 kq narkotik vasitə aşkarlanıb
Polis bir gündə 8,8 kq narkotik vasitə aşkarlayıb. Bu barədə  "Operativ Məlumat Mərkəzi - OMM"-yə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib...

Polis bir gündə 8,8 kq narkotik vasitə aşkarlayıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-yə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının fevralın 16-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7,4 kiloqramdan artıq heroin, 1,3 kiloqramdan çox marixuana, 70 qrama yaxın metamfetamin, 90 ədəd metadon həbləri olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər