Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Baş Prokurorluq: Əhməd Əhmədovun xəstəxanadan buraxılması barədə məlumatlar yalandır

3 dəq
Paylaş:
Baş Prokurorluq: Əhməd Əhmədovun xəstəxanadan buraxılması barədə məlumatlar yalandır

Bəzi subyektləri tərəfindən 2024-cü ildə paytaxtın Xətai rayonunda 5 nəfər ailə üzvünü qəsdən öldürmüş Əhməd Əhmədovun saxlanıldığı tibb müəssisəsindən azad olunması barədə həqiqə uyğun olmayan yayılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Baş cəmiyyətdə süni ajiotaj yaratmağa, rəyi bilərəkdən çaşdırmağa xidmət edən bu cür uydurma məlumatları qəti şəkildə pisləyir və təkzib edir:

"Böyük ictimai rezonansa səbəb olmuş cinayətin baş vermə səbəbləri və şəraiti, təqsirləndirilən şəxsin əməllərinin xarakteri və təqsirliliyi, eləcə də sair sübut edilməli olan hallar ibtidai istintaq zamanı prokurorluq orqanları tərəfindən -axtarış fəaliyyətinin digər subyektləri ilə birgə tam və hərtərəfli araşdırılıb.

Həmçinin Əhməd Əhmədovun qeyd olunan xüsusilə ağır cinayəti anlaqsız vəziyyətdə törətməsi, eləcə də cəmiyyət üçün təhlükəli olması ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışının gedişində tədqiq olunmuş mötəbər dəlillər əsasında sübuta yetirildiyindən qanunvericiliyin tələblərinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10.10.2024-cü il tarixli qərarı ilə ona cəza təyin edilməyib və ixtisaslaşmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicəyə göndərilib".

Baş Prokurorluğun məlumatında qeyd edilib ki, Ə.Əhmədovun stasionar müalicəsi həkimlərin ciddi nəzarəti altında hazırda müvafiq psixiatriya xəstəxanasında davam etdirilir və onun xəstəxanadan buraxılması tamamilə cəfəngiyyatdır:

"İctimaiyyətdə süni təşviş yaradan bu cür yalan informasiyaların yayılması birbaşa hüquqi məsuliyyətə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, vətəndaşlardan aidiyyəti dövlət qurumları ilə dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların paylaşılmasından çəkinməyi bir daha xahiş edirik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax