Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabahın hava proqnozu: Yağış yağacaq, temperatur enəcək

2 dəq
Paylaş:
Sabahın hava proqnozu: Yağış yağacaq, temperatur enəcək

Azərbaycanda aprelin 5-də havanın əsasən yağıntılı keçəcəyi gözlənilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı Milli Hidrometeorologiya yayıb.

Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın ehtimalı var. Gecə və səhər arabir duman olacaq, mülayim şimal-qərb arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-20° isti, dağlarda isə gecə 3-7° isti, gündüz 8-13° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax