Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Sabah hava yağıntılı olacaq: Sinoptiklərdən rəsmi proqnoz

2 dəq
Paylaş:
Sabah hava yağıntılı olacaq: Sinoptiklərdən rəsmi proqnoz

Bakıda və yarımadasında martın 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağacağı ehtimal edilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, sabah havanın dəyişkən buludlu , arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq əsəcək.

Havanın temperaturu gecə 3-6°, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 779 mm-dən 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz isə 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında, bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gündüz yağıntı tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5°, gündüz 7-12° isti təşkil edəcək. Dağlarda gecə 5-10° (yüksək dağlıq ərazilərdə 10-15°), gündüz isə 0-5° şaxta olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax