Operativ Məlumat Mərkəzi

ABŞ Azərbaycan vətəndaşları üçün viza verilməsini dayandırıb?

1 dəq
Paylaş:
ABŞ Azərbaycan vətəndaşları üçün viza verilməsini dayandırıb?
bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi...

Yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - açıqlamada deyilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün immiqrant vizasının verilməsini dayandırdığına dair məlumat yayılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər