Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər

Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər
10.05.2024 10:09
Aa
dəq

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günüdür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad edib.

Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.

Həftənin ən çox oxunanları

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib
DAVAMIN OXU davamın oxu

Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident iyulda müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
DAVAMIN OXU davamın oxu

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?

Deputat: Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?
DAVAMIN OXU davamın oxu

Qısamüddətli mühafizə orderlərini polis orqanlarının verməsi təklif olunur

Qısamüddətli mühafizə orderlərini polis orqanlarının verməsi təklif olunur
DAVAMIN OXU davamın oxu

Ötən il məişət zorakılığı törədən 88 qadın, 1298 kişi məsuliyyətə cəlb olunub

Ötən il məişət zorakılığı törədən 88 qadın, 1298 kişi məsuliyyətə cəlb olunub
DAVAMIN OXU davamın oxu