ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında aparılan danışıqların müsbət keçdiyini və tərəflər arasında razılığın əldə olunması ehtimalının yüksək olduğunu bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağı xarici KİV məlumat yayıb.
Tramp qeyd edib ki, danışıqlar nəticə verməyəcəyi təqdirdə ABŞ İrana qarşı hərbi əməliyyatları yenidən bərpa edə bilər.
“Biz yaxşı danışıqlar aparırıq. Düşünürəm ki, nəyinsə baş verməsi ehtimalı böyükdür. Əgər bu baş versə, çox yaxşı. Əks halda, iki gün əvvəl etdiyimizə qayıdacağıq”, - ABŞ prezidenti bildirib.
Tramp əlavə edib ki, onları satın almaq mümkün deyil, onlara qalib gəlmək lazımdır.
O, danışıqların hazırda çox dostcasına atmosferdə davam etdiyini vurğulayıb.
İyulun 27-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə ölkəsinin ABŞ-yə danışıqlar aparmaq üçün müraciət etmədiyini, bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Bununla yanaşı, o qeyd edib ki, tərəflər arasında vasitəçi ölkələr vasitəsilə mesaj mübadiləsi davam edir.