Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Tramp özünü "Amerikanın xilaskarı" elan etdi

2 dəq
Paylaş:
Donald Tramp özünü "Amerikanın xilaskarı" elan etdi

ABŞ Prezidenti sosial şəbəkədə süni intellektlə hazırlanmış görüntülər paylaşaraq diqqət çəkib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "" hesabında paylaşdığı görüntülərdə "Amerikanın xilaskarı" və "dünyanın müdafiəçisi" kimi təqdim edib.

Bildirilib ki, paylaşımlardan birində Trampın həyatının müxtəlif dövrlərini əks etdirən dörd fərqli şəkil yer alıb və üzərində "Amerikanı xilas edən adam" ifadəsi yazılıb. Digər görüntüdə isə onun arxa fonunda İran bayraqları və partlayış səhnələri təsvir olunub. Həmin paylaşımın üzərində "Dünyanın müdafiəçisi" sözləri yer alıb.

Məlumata görə, bu paylaşımlar Trampın İranla bağlı qərarlarının gündəmdə olduğu vaxta təsadüf edib. Belə ki, iyulun 25-də o, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaq üçün Oman nümayəndə heyətinin Tehrana səfəri fonunda İrana qarşı zərbələrin dayandırılması barədə göstəriş verib.

Qeyd olunub ki, hazırda bu qərarın müvəqqəti xarakter daşıyıb-daşımadığı və atəşkəsin davam edib-etməyəcəyi hələlik məlum deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax