Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nataşa Pirts Musar İlham Əliyevə təbrik məktubu ünvanlayıb

2 dəq
Paylaş:
Nataşa Pirts Musar İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Sloveniya Prezidenti Nataşa Pirts Musar İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Respublikasının Günü münasibətilə Sloveniya Respublikasının xalqı adından və öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı davamlı konstruktiv əməkdaşlıq və dostluq münasibətlərindən çox məmnunam. Əminəm ki, qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə ikitərəfli əlaqələrimizi dərinləşdirəcək və bir çox sahələrdə əməkdaşlığı daha da inkişaf etdirəcəyik.

Həm Sloveniya, həm də Azərbaycan sabitliyə və davamlı inkişafa sadiq qaldığı üçün inanıram ki, Avropa və beynəlxalq birlik çərçivəsində əməkdaşlığımız daha da genişlənəcək və möhkəmlənəcək.

Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və yaxşı münasibətlərin qurulması istiqamətində davam edən səylərinizi yüksək qiymətləndirirəm və Sizə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax