Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda dövlət başçısı Azərbaycana nəzərdə tutulan rəsmi səfərini səbirsizliklə gözlədiyini ifadə edib.
Slovakiya Prezidenti əmin olduğunu bildirib ki, ən yüksək səviyyədə həyata keçiriləcək qarşılıqlı səfərlər ölkələr arasındakı əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək. Peter Pelleqrini bu səfərlərin aşağıdakı sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacağını vurğulayıb:
- Enerji
- Nəqliyyat
- İnvestisiyalar
- Mədəniyyət