Prezident: "İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır"

Prezident: "İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır"
02.06.2023 11:12
Aa
dəq

"İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 2 İyun – Respublika Günü münasibətilə İtaliya Prezidenti Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda yer alıb.

"İqtisadi sahədə səmərəli fəaliyyətimizin yüksələn xətlə inkişaf etməsi bizi sevindirir. Bunun da əsas tərkib hissələrindən birini enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımız təşkil edir. Şadam ki, bu istiqamətdə birgə atdığımız addımlar Avropanın enerji təhlükəsizliyinə töhfə verərək, eyni zamanda, Azərbaycan-İtaliya əməkdaşlığını möhkəmləndirir.

İtaliya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində fəal iştirakını təqdir edirik. Ölkənizi təmsil edən şirkətlər Qarabağ və Şərqi Zəngəzurda ən çox iş görən şirkətlər sırasındadırlar ki, bu da dövlətlərarası əlaqələrimizin səviyyəsindən xəbər verir",- məktubda qeyd edilib.

Həftənin ən çox oxunanları

İlham Əliyev Zirvə toplantısının açılışında iştirak edir

İlham Əliyev Zirvə toplantısının açılışında iştirak edir
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Viktor Orban ilə söhbət edib

İlham Əliyev Viktor Orban ilə söhbət edib
DAVAMIN OXU davamın oxu

Prezident İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət edib

Prezident İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət edib
DAVAMIN OXU davamın oxu

Paşinyanın İlham Əliyevlə görüşdən imtina edib

Paşinyanın İlham Əliyevlə görüşdən imtina edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Lyuk Friden ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Lyuk Friden ilə görüşüb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu