Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib

2 dəq
Paylaş:
İlham Əliyev Təhlükəsizlik Şurası qətnamələrinin icrasında BMT-nin fəaliyyətsizliyinə diqqət çəkib

Təşkilatı (BMT) Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair BMT Şurasının dörd qətnaməsinin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə bərpa edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.

"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi 30 il sonra - üç il əvvəl icra olundu. Lakin, təəssüf ki, BMT bu qətnamələrin həyata keçirilməsində heç bir rol oynamadı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü müstəqil şəkildə tam bərpa etdi", - bildirib.

İlham Əliyev BMT Təhlükəsizlik Şurası qətnamələrinin qısa müddətdə icrasını təmin edəcək müvafiq mexanizmlərin işlənib hazırlanmasının zəruriliyini vurğulayıb.

"Əgər həyata keçirilərsə, BMT-nin nüfuzu yüksələcək və Təşkilatın münaqişələrin nizamlanmasında rolu güclənəcək", - qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə