Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

2 dəq
Paylaş:
İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib

İlham Əliyev iyulun 2-də Türkiyənin ədliyyə naziri Akın Gürleki qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.

Qonaq ortaq tarixə, mədəniyyətə və qardaşlığa əsaslanan əlaqələrin və Türkiyə prezidentləri arasında mövcud olan səmimi münasibətlər sayəsində daha da etdiyini vurğulayıb.

Türkiyənin ədliyyə naziri dövlət başçısının güclü liderliyi ilə ölkəmizin inkişaf etdiyini deyərək, bu xüsusda Azərbaycanın iqtisadi tərəqqisinə, nüfuzunun daha da artmasına və tarixi Qarabağ Zəfərinə toxunub.

Akın Gürlek həmçinin Azərbaycanın bölgədə enerji, bağlantılar, o cümlədən Zəngəzur dəhlizi kimi strateji layihələrin həyata keçirilməsində önəmli rolunu vurğuladı və Türkiyənin bundan sonra da ölkəmizin yanında olacağını deyib.

Söhbət zamanı bütün sahələri əhatə edən Azərbaycan-Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.

Ölkələrin Ədliyyə nazirlikləri arasında səmərəli tərəfdaşlığın qurulduğu bildirilərək, əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax