Azərbaycan Prezidenti İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına ünvanladığı müraciətdə tədbirin beynəlxalq miqyasda nüfuzlu bir platformaya çevrildiyini vurğulayıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, ölkə başçısı bu tədbirin uzun illərdir qlobal enerji gündəliyinin formalaşdırılmasında və yeni əməkdaşlıq modellərinin təşəkkül tapmasında mühüm rol oynadığını qeyd edib.
Prezident İlham Əliyev tədbirin əhəmiyyətinin ildən-ilə artdığını bildirərək, bunu hazırkı qlobal enerji keçidi ilə əlaqələndirib:
- Dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə söykənən yeni enerji sisteminə keçid dövrünü yaşayır.
- Məhz bu şəraitdə Azərbaycanın qlobal enerji dialoqundakı mövqeyi və rolu daha da güclənir.