Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
10.07.2023 10:07
Aa
dəq

İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı Şavkat Mirziyoyevi Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev bu qələbəni Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda həyata keçirilən siyasətə xalqın verdiyi dəstək kimi qiymətləndirib və Özbəkistanın qarşıdakı illərdə də Şavkat Mirziyoyevin liderliyi ilə hərtərəfli inkişaf yolunu davam etdirəcəyinə əminliyini ifadə edib.

Özbəkistan Prezidenti təbriklərə və göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, dövlət başçıları və digər səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib, əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı əldə edilmiş razılaşmaların və qəbul olunan qərarların yüksək səviyyədə icra olunmasından məmnunluqlarını bildiriblər.

Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Həftənin ən çox oxunanları

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Almaniya kansleri ilə görüşüb

İlham Əliyev Almaniya kansleri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib
DAVAMIN OXU davamın oxu

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
DAVAMIN OXU davamın oxu