Prezident İlham Əliyev Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunub

Prezident İlham Əliyev Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunub
23.09.2024 13:44
Aa
dəq

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcəyin nədən ibarət olacağı haqda heç öz fikirlərini formalaşdırmamışdılar.

Ermənistanın məsələni süni şəkildə uzatdığını vurğulayan Prezident deyib: “Bu günə qədər - birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olub. ... aylar keçdikcə təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini daha operativ və çevik bizə verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi”.

Dövlət başçısı bir sıra məqamların Ermənistanın, əslində, sülh istəmədiyini, vaxt uzatmaq istədiyini deməyə əsas verdiyini vurğulayıb.

Həftənin ən çox oxunanları

Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüb, bir sıra sənədlər imzalanıb

Azərbaycan və Belarus baş nazirləri Minskdə görüşüb, bir sıra sənədlər imzalanıb
DAVAMIN OXU davamın oxu

TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir

TDT Baş katibi: Şuşa Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını təmsil edir
DAVAMIN OXU davamın oxu

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir
DAVAMIN OXU davamın oxu

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Bakıda səfərdədir
DAVAMIN OXU davamın oxu

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır

Hakan Fidan: TDT çərçivəsində ümumi hədəflərə doğru addımlar atılır
DAVAMIN OXU davamın oxu