Prezident İlham Əliyev: Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır

Prezident İlham Əliyev: Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır
25.04.2023 14:22
Aa
dəq

Avropa İttifaqı ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, bu gün Sofiyada imzalanan Anlaşma Memorandumu ilə Azərbaycanın Avropa ölkələrinə daha çox qaz ixrac edəcək ki, bu da ittifaqın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək: “Bu gün imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyini gücləndirəcək və Azərbaycanın bir çox Avropa ölkəsinə daha çox qaz ixrac etməsinə imkan verəcək . Bu gün artıq burada Avropa Komissiyasının enerji komissarı xanım Kadri Simson, eləcə də Avropa Komissiyasının digər rəsmiləri və digər dostlar tərəfindən də qeyd edildiyi kimi, Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır və bu sadəcə enerji sahəsində deyil, bir çox digər sahələrdə də belədir. Həmçinin sizə bildirmək istərdim ki, Azərbaycan Avropa İttifaqı üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında razılaşma və bəyannamələr imzalayıb və qəbul edib. Beləliklə, bu o deməkdir ki, Aİ ölkələrinin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox vacib gələcəyi var”.

Həftənin ən çox oxunanları

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu