Prezident: Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Prezident: Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
15.02.2024 11:13
Aa
dəq

Biz xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və dəstək kimi sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Serbiya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda yer alıb.

"Ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənməsi, səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın gündən-günə genişlənməsi bizi çox sevindirir. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyimizi xüsusi qeyd etmək istərdim. Siyasi əlaqələrimizin yüksək səviyyəsi, qarşılıqlı ali səfərlər və davamlı təmaslarımız bütün sahələr üzrə fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır. Bu yaxınlarda Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı enerji sahəsində uğurlu və davamlı əməkdaşlığımızın növbəti əyani nümunəsidir", - dövlət başçısının məktubunda qeyd edilib.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu