Prezident: "Azərbaycan-Belarus əməkdaşlığının bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk"

Prezident: "Azərbaycan-Belarus əməkdaşlığının bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk"
03.07.2023 11:13
Aa
dəq

"Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk".

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu fikirlər Prezident İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Bu il biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan qısa zaman kəsiyi ərzində biz nəinki ortaq keçmişin müsbət nəticələrinin qorunub saxlanılmasına və artırılmasına, həm də qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına nail olmuşuq.

Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın və ölkələrimizin maraqları naminə bundan sonra da Azərbaycan və Belarus arasında ənənəvi dostluq əlaqələrinin və strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir", - məktubda qeyd edilib.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu