Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mətbuat Şurası Rusiyanın Azərbaycana qarşı təhdidlərini pislədi

2 dəq
Paylaş:
Mətbuat Şurası Rusiyanın Azərbaycana qarşı təhdidlərini pislədi

“Rusiyanın bəzi KİV-lərində dövlətinə, xalqına, ölkə rəhbərliyinə və görkəmli şəxsiyyətlərimizə qarşı nalayiq, təhdid xarakterli və və fikirlər paylaşılmaqdadır. Hesab edirik ki, bu, sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə ziddir. Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Şurasının bəyanatında deyilir.

Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir.

“Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibətilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib.

Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı doğurmaqdadır”, - bəyanatda bildirilib.

Azərbaycan Mətbuat Şurası baş verən halları qətiyyətlə pisləyib. Şura, eyni zamanda, Rusiyanın media ictimaiyyətinə, bütövlükdə cəmiyyətinə müraciət edərək, Azərbaycan-Rusiya media əlaqələrini, ümumən xalqlar arasında dostluq münasibətlərini pozmağa yönəlmiş hallarla bağlı ciddi tədbir görülməsinə çağırıb.

Mətbuat Şurası bir daha bəyan edib ki, Azərbaycan dövlətinə, xalqına və onun görkəmli nümayəndələrinə qarşı təhqiramiz fikirlər və təhdid xarakterli iddialar yolverilməzdir.

“Rusiya informasiya məkanının sərt qanunvericilik tənzimlənməsi şəraitində belə materialların sistemli şəkildə ortaya çıxması Rusiya Federasiyasının dövlət siyasəti səviyyəsində onların təsdiqinə bərabərdir.

Mətbuat Şurası belə ifadələrə yol verən şəxslərə hüquqi məsuliyyət daşıdıqlarını bir daha xatırladır”, - bəyanatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax