Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü təyin edildi

2 dəq
Paylaş:
Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü təyin edildi

Minatəmizləmə fəaliyyəti zamanı olan minatəmizləyənlərin – Seymur Rəşid oğlu və İsayev Raqif Deputat oğlunun 4 nəfər ailə üzvlərinə Prezidentin aylıq təqaüdünü təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təqaüdün aylıq məbləği 700 manatdır. Fərmanla bu məbləğin onların ailə üzvlərinin sayına uyğun bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulub.

Xatırladaq ki, İlham Əliyevin Fərmanına əsasən minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Prezidentinin təqaüdü təsis edilib.

Ailə üzvlərinin sırasına dul arvadı (əri), valideynləri, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və müəssisələrində təhsil alanlara münasibətdə isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, birinci növbədən digər qohumları olmayan baba və nənələri aiddir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax