Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əliyə təbrik məktubu göndərib. “Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, dövlət başçısı məktubunda Efiopiya xalqını milli bayram münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Azərbaycan və Efiopiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, bu əlaqələrin yeni məzmunla zənginləşdiyini vurğulayıb. Məktubda fevral ayında Baş nazir Abiy Əhməd Əlinin Azərbaycana səfəri zamanı keçirilən görüşlərin və aparılan müzakirələrin əhəmiyyəti xüsusi qeyd olunub:
- Səfər çərçivəsində əldə olunan razılaşmalar ikitərəfli gündəliyin genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
- Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlıq potensialının reallaşdırılması istiqamətində birgə səylərin davam etdiriləcəyinə əminlik ifadə olunub.
Sonda Prezident İlham Əliyev Baş nazirə möhkəm cansağlığı və uğurlar, dost Efiopiya xalqına isə əmin-amanlıq və firavanlıq arzularını çatdırıb.