Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır. Biz bunu kitablarda oxumuruq, bunu real həyatda görürük.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.
Gündəliyimizdəki məsələlərin sayının çox olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bir sözlə, biz imkanlarımızı genişləndirməliyik, müdafiəmizi gücləndirməliyik, milli maraqlarımızı müdafiə etməliyik və mümkün qədər çox ölkə ilə praktiki əməkdaşlığımızı gücləndirməliyik”.