Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev BƏƏ-nin energetika nazirini qəbul etdi - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyev BƏƏ-nin energetika nazirini qəbul etdi - YENİLƏNİB

Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueini qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qonaq, ilk növbədə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx bin Zayed Al Nəhyanın və vitse-, və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana və Şeyx Məhəmməd bin Rəşid Al Məktuma çatdırmağı xahiş etdi.

Suhail Al Mazrouei BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, burada qlobal şəhərsalma gündəliyi ilə bağlı vacib məsələlərin müzakirəsi üçün yaxşı imkanların olduğunu dedi.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin genişləndiyi məmnunluqla qeyd edildi, əməkdaşlığın müxtəlif istiqamətlərdə, həmçinin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələr üzrə inkişafı vurğulandı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax