Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev ilə Mertsin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

2 dəq
Paylaş:
İlham Əliyev ilə Mertsin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

İyulun 21-də İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Fridrix Merts ilə geniş tərkibdə görüşü olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə ilə arasında strateji gündəliyə dair imzalanmış sənədin əhəmiyyəti vurğulandı. Həmçinin sənəddən irəli gələrək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Avropanın təhlükəsizliyində oynadığı rol qeyd olundu, həmçinin Orta Dəhlizin əhəmiyyəti vurğulandı. Eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Federal Kansler Fridrix Merts Azərbaycanla arasında sülh gündəliyi istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Almaniyanın regionda sülhün gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və hər zaman buna dəstək verməyə hazır olduğunu bildirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax