Xarici işlər nazirinin müavini Rəfiyev Yalçın İlqar oğlu və Şərifov Samir Ənvər oğluna fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi barədə sərəncamında deyilir.