Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə verməyə davam edəcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən yüksək səviyyəli görüşdə çıxış edərkən bildirib.
"Azərbaycan bu yaxınlara qədər 4 il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Ölkə bundan sonra da beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin möhkəmləndirilməsinə töhfə verəcək", - dövlət başçısı qeyd edib.