Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanovun "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qurban Səidoviç Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar və təhsil sahələrində əlaqələrin inkişafında göstərdiyi xidmətlərinə görə bu dövlət mükafatına layiq görülüb.