Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Əli Əsədov TDT bank rəhbərlərini qəbul edib

2 dəq
Paylaş:
Əli Əsədov TDT bank rəhbərlərini qəbul edib

Azərbaycanın Bakıda keçirilən Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

Görüşdə Şuranın iclasının əhəmiyyəti vurğulanıb, tədbirin TDT-yə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Bu il Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində iqtisadi, ticarət, investisiya, , enerji, maliyyə, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Azərbaycanda maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələr barədə söhbət açılıb.

Görüşdə həmçinin TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax