Monteneqro hökuməti ölkəyə giriş vizası almaq istəyən Azərbaycan vətəndaşları üçün tətbiq olunan qaydaları açıqlayıb. Məlumatı Monteneqronun Azərbaycandakı diplomatik ofisinin rəhbəri Militsa Buriç təqdim edib.
Militsa Buriçin sözlərinə görə, turist və ya iş vizası almaq istəyən şəxslər sənədlərini VFS Global viza mərkəzi vasitəsilə təqdim etməlidirlər. Diplomat bildirib ki, hökumət vətəndaşların müraciət prosesini asanlaşdırmaq üçün müvafiq addımlar atıb.
Viza üçün tələb olunan sənədlər və müraciət qaydaları ilə bağlı ətraflı məlumatı VFS Global Azerbaijan-ın rəsmi internet səhifəsindən əldə etmək mümkündür.
Xatırladaq ki, Monteneqro 2026-cı ilin yanvar ayından etibarən Azərbaycanla viza rejimini tətbiq etməyə başlayıb.