Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik etdi

2 dəq
Paylaş:
ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik etdi

-nin Bakıdakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ilə sıx əməkdaşlığı, eləcə də azərbaycanlı diplomatların öz işinə sadiqliyini və peşəkarlığını yüksək qiymətləndirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə missiyanın Azərbaycanın diplomatik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

" Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycanın diplomatik xidmətində çalışan bütün dostlarımızı və həmkarlarımızı səmimi-qəlbdən təbrik edir. Səfirlik Azərbaycan XİN ilə sıx əməkdaşlığımızı yüksək qiymətləndirir və dialoqun inkişafına, ABŞ və dünyanın müxtəlif ölkələri ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdikləri mühüm töhfəyə görə Azərbaycan diplomatlarının peşəkarlığını, fədakarlığını və yüksək məsuliyyət hissini böyük ehtiramla qeyd edir. Azərbaycanın diplomatik xidmət orqanlarının bütün əməkdaşlarına məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır, ABŞ ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi naminə əməkdaşlığımızın davam edəcəyinə inanırıq.", - paylaşımda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax