ABŞ səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ölkə bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasına görə Azərbaycana təşəkkür edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, bu təşəbbüs böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşılanıb:
"Bu görüntü ABŞ-Azərbaycan dostluğunun otuz ildən artıq tarixinin gözəl rəmzi və avqustun 8-dən bəri birlikdə əldə etdiyimiz irəliləyişin xatırlatmasıdır".