İsrailin Azərbaycandakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə təbrik mesajı yayımlayıb. “Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səfirliyin rəsmi “X” sosial şəbəkə hesabında yerləşdirilən paylaşımda deyilir:
“Müstəqillik Günün mübarək, əziz Azərbaycan! Azərbaycanın Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. İsrail və Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir, Azərbaycana davamlı rifah, güc və firavanlıq arzulayırıq”.