Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Portuqaliyada uşaqların sosial şəbəkələrə girişi valideyn icazəsinə bağlanır

2 dəq
Paylaş:
Portuqaliyada uşaqların sosial şəbəkələrə girişi valideyn icazəsinə bağlanır

parlamenti uşaqların mühitdə təhlükəsizliyini təmin etmək məqsədilə mühüm qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni qaydalara əsasən, 13-16 yaş arası yeniyetmələr hesabları açmaq üçün valideynlərindən rəsmi icazə almalı olacaqlar.

Bu addım Avropada uşaqların internet fəaliyyətinə nəzarət edən ilk ciddi qanunvericilik təşəbbüslərindən biri hesab olunur.

Hakim Sosial Demokrat Partiyası (PSD) tərəfindən hazırlanan layihə uşaqları , zərərli məzmunlar və internet üzərindən törədilən cinayətlərdən qorumağı hədəfləyir.

Valideynlər icazə prosesini "Digital Mobile Key" (DMK) adlı dövlət rəqəmsal sistemi vasitəsilə həyata keçirəcəklər. Bu sistem həmçinin 13 yaşdan kiçik uşaqların , video və şəkil paylaşma platformalarına, eləcə də onlayn mərc saytlarına girişinə qoyulan mövcud qadağaların icrasını gücləndirəcək.

Parlamentdə keçirilən səsvermədə layihə 148 lehinə, 69 əleyhinə səslə qəbul edilib.

PSD millət vəkili Paulo Marselo bildirib ki, məqsəd qadağa qoymaq deyil, valideynlərin öz övladlarını rəqəmsal dünyada müşayiət etmələri üçün onlara daha çox səlahiyyət verməkdir.

Qeyd edək ki, bənzər sərt addımlar digər ölkələrdə də müşahidə olunur. Avstraliya artıq 16 yaşdan kiçiklərin "Facebook", "Snapchat", "TikTok""YouTube" kimi platformalardan istifadəsini tamamilə qadağan edib. Fransa isə 15 yaşdan kiçik uşaqlar üçün analoji məhdudiyyətlər üzərində işləyir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax