Politoloq: “Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıq “Makron effekti”ni neytrallaşdırır”

Politoloq: “Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıq “Makron effekti”ni neytrallaşdırır”
18.05.2023 11:44
Aa
dəq

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq “Makron effekti”ni neytrallaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç-Mişkoviçin "The National Interest" jurnalında dərc olunan "Ermənistan və Azərbaycan arasında diplomatik sıçrayış?" sərlövhəli məqaləsində deyilir.

Onun fikrincə, Avropa Siyasi Birliyinin zirvə görüşləri çərçivəsində iyun ayında Moldovada, oktyabrda isə İspaniyada keçirilməsi planlaşdırılan qeyri-rəsmi Əliyev-Paşinyan-Mişel görüşlərində Fransa Prezidentinin iştirakının Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə tarazlaşdırılması da bundan xəbər verir.

Krneviçin sözlərinə görə, planlaşdırılan görüşlərdə Şoltsun iştirakı qərəzsizlik baxımından vacibdir.

“Başqa sözlə, xüsusən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının dəstəklənməsi və bu ölkələr arasında sülhdən gözlənilən dividendlər kontekstində İpək Yolu regionu ilə strateji əməkdaşlıqdan söhbət gedəndə Aİ artıq geosiyasət və geoiqtisadiyyatın bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğunu inkar etmir. Bu, Aİ-nin ABŞ-la sıx koordinasiyalı şəkildə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarının birbaşa nəticəsidir”, - politoloq qeyd edir.

Məqalədə qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesində Qərbin vasitəçiliyi ilə göstərilən son diplomatik səylər ABŞ və Avropa İttifaqının iki tərəf arasında münasibətləri normallaşdırmaq yollarını axtarmağa tam sadiq olduqlarını göstərir. Bu iki hadisənin nəticələri həm də Qarabağ ermənilərinin və onların havadarlarının separatçı ambisiyalarının dəfn olunması deməkdir.

"Beləliklə, Qərb indi Ukraynanın ərazi bütövlüyünə dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə əlaqələndirib", - D.Krneviç hesab edir.

Ekspertin fikrincə, bu, təkcə BMT Nizamnaməsinə əsaslanan dünya nizamının bu təməl prinsipinin qorunmasının faydalarının dərk edilməsi ilə deyil, həm də Qərbin Xəzər dənizi hövzəsində və daha geniş mənada Avrasiyada (İpək Yolu regionunda) strateji enerji və kommunikasiya ambisiyalarının təşviqi baxımından Azərbaycanın əvəzsiz ölkə olmasının etiraf edilməsi ilə bağlıdır.

“Bu, öz növbəsində, 2022-ci ilin yazında Azərbaycan tərəfinin təklif etdiyi xətt üzrə rəsmi Bakı və İrəvan arasında davamlı sülhə dəstək və Zbiqnev Bjezinskinin Avrasiyanın “strateji baxımdan mühüm dövlətlər”i adlandırdığı Azərbaycan kimi dövlətlərlə bağlı Qərbin daha geniş maraqları arasında sıx əlaqəni nəzərdə tutur”, - o vurğulayıb.

“Bütün bunları nəzərə alsaq, Azərbaycanın artan mərkəzəqaçan qüvvəsi həqiqətən də sülh prosesinin finiş xəttini keçməsinə səbəb ola bilər”, - Krneviç fikrini tamamlayıb.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu