Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarının dördüncü raundunun yerini və vaxtını tərəflər müvafiq razılaşmalara çatdıqdan sonra açıqlayacağını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə məlumat verib.
Peskov qeyd edib ki, hələlik Ukraynadakı münaqişənin həlli ilə bağlı yeni məsləhətləşmələrin dəqiq tarixlərini açıqlamaq mümkün deyil.
“Ümid edirik ki, iş davam edəcək. Tərəflər razılığa gəldikdən sonra növbəti [danışıqların] yeri və vaxtı barədə sizə məlumat verəcəyik”, - deyə Peskov bildirib.