İran və ABŞ arasında yekun sülh sazişinin imzalanması istiqamətində danışıqlar davam edir. Tərəflər müzakirə olunan məsələlərin böyük hissəsi üzrə razılığa gəlsələr də, yekun nəticəyə hələ nail olunmayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib ki, əksər bəndlər üzrə razılaşma əldə olunmasına baxmayaraq, bu, atəşkəsin yaxın zamanda imzalanacağı anlamına gəlmir.
Bəqai danışıqlar prosesinin gedişatına dair fikirlərini bölüşərkən vurğulayıb ki, ABŞ-nin mövqeyindəki tez-tez baş verən dəyişikliklər dialoq prosesini mürəkkəbləşdirən əsas amillərdən biridir.