ABŞ Müdafiə Nazirliyi (Pentaqon) qarşıdan gələn xərcləri qarşılamaq üçün Konqresdən 80 milyard dollar məbləğində əlavə büdcə tələb edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Nazirlik rəsmiləri, xüsusilə müdafiə nazirinin müavini Stephen Feinbergin bu həftə Konqres üzvləri ilə keçirdiyi görüşlərdə vəziyyətin ciddiliyini vurğuladığı bildirilir.
Mənbələrin verdiyi məlumata görə, əlavə vəsaitin əsas hissəsi İran ilə mümkün qarşıdurma ssenariləri, hərbi gəmilərin əməliyyatları, hərbi qulluqçuların maaşları və sursat təchizatı kimi kritik istiqamətlərə yönəldiləcək. P
entaqonun may ayının ortalarında İran ilə bağlı hərbi xərcləri təxminən 29 milyard dollar olaraq qiymətləndirdiyi, lakin hazırda bu rəqəmin daha yüksək olduğu vurğulanır.
Qeyd olunub ki, əgər Konqres yeni büdcə qanununu qəbul etməsə, ABŞ Silahlı Qüvvələri bu yay əməliyyatları maliyyələşdirməkdə ciddi çətinliklərlə üzləşə bilər.
Pentaqonun bu tələbi hələlik rəsmi olaraq "Ağ Ev"in İdarəetmə və Büdcə Ofisinin təsdiqindən keçməlidir.
Yaxın günlərdə həm müdafiə, həm də kənd təsərrüfatı və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi mülki sahələri əhatə edən genişmiqyaslı əlavə büdcə paketinin təqdim olunacağı gözlənilir.