Hökumətin 2026-2031-ci illəri əhatə edən proqramı tamamilə "Real Ermənistan" ideologiyasına və Dördüncü Respublika baxışına əsaslanır.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
"7 iyun 2026-cı il seçkilərinin nəticələrinə əsasən, "Real Ermənistan" ideologiyası sonda qalib gəldi və bu o deməkdir ki, "Real Ermənistan" ideologiyası Ermənistan Respublikasında rəsmi ideologiyaya çevrildi. Beləliklə, Ermənistan öz tarixində Dördüncü Respublika adlandırdığımız mərhələyə qədəm qoyur", - o bildirib.
Onun sözlərinə görə, Üçüncü Respublikanın Dördüncü Respublikadan nə ilə fərqləndiyini qeyd etmək vacibdir.
"Üçüncü Respublika ilk gündən münaqişə məntiqinə əsaslanırdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb", - Baş nazir qeyd edib.