Parlamentin payız sessiyası başa çatıb, deputatlar tətilə çıxıb

Parlamentin payız sessiyası başa çatıb, deputatlar tətilə çıxıb
30.12.2023 12:46
Aa
dəq

Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasında görülən işlər barədə məlumat verib.

Onun sözlərinə görə, payız sessiyası dövründə parlamentin 39 plenar iclası keçirilib: "2023-cü ildə 268 qanun və 27 qərar qəbul olunub".

Sonra spiker Milli Məclisin payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü işinə başlayır.

Həftənin ən çox oxunanları

Sahibə Qafarova Rusiyaya gedib

Sahibə Qafarova Rusiyaya gedib
DAVAMIN OXU davamın oxu

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib
DAVAMIN OXU davamın oxu

Naxçıvan Ali Məclisi buraxılıb

Naxçıvan Ali Məclisi buraxılıb
DAVAMIN OXU davamın oxu

Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib

Sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib
DAVAMIN OXU davamın oxu

VI çağırış Milli Məclis işini yekunlaşdırıb

VI çağırış Milli Məclis işini yekunlaşdırıb
DAVAMIN OXU davamın oxu