Dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində fevralın 1-dək pandemiyadan zərər çəkmiş sahibkarlara 42,5 milyon manat subsidiya ödənilib.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi rəsmi “Twitter” səhifəsində paylaşım edib.
Xatırladaq ki, özəl sektora dövlət dəstəyi çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ildən pandemiyadan zərər çəkmiş sahibkarlara kredit və subsidiya dəstəyi göstərilir.