Özbəkistan universitetlərində Azərbaycan dili fənninin tədrisinə başlanılıb

Özbəkistan universitetlərində Azərbaycan dili fənninin tədrisinə başlanılıb
06.02.2024 10:39
Aa
dəq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində qardaş ölkənin bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycandan gəlmiş təcrübəli müəllim, Azərbaycan dili üzrə mütəxəssis - pedaqoq Mətanət Xudiyeva aparır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi arasında razılığa əsasən, Özbəkistanın sözügedən universitetlərdə Azərbaycan dili fənnini tədris etmək məqsədilə Mərkəzin baş mütəxəssisi, alim Mətanət Xudiyeva cari ilin yanvar ayından Daşkəndə ezam olunub.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə, gələcəkdə Özbəkistan universitetlərində Azərbaycan dili ilə yanaşı, ədəbiyyat, tarixi fənlərinin tədrisi də həyata keçiriləcək.

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu