"ABŞ və İsrailin hücumları nəticəsində Tehranda 33 min evin zərər görüb".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Tehran merinin sözçüsü Əbdolmohar Məhəmmədxani deyib.
O əlavə edib ki, 1869 ailə evini itirib və təxminən 1245 ailə 23 yaşayış kompleksində yerləşdirilib.
Məhəmmədxani qeyd edib ki, artıq 4000-dən çox yaşayış kompleksində təmir işləri aparılır.
Xatırladaq ki, 28 fevraldan bəri ABŞ qüvvələri İrandakı hədəflərə 12.300-dən çox zərbə endirib.