Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

TDT Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi

2 dəq
Paylaş:
TDT Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdi

Təşkilatına (TDT) üzv ölkələr Azərbaycanın TDT-də davam edən sədrliyinə tam ifadə edərək, ölkəmizin birliyin və institusional potensialın gücləndirilməsinə, eləcə də əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndiriblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının və vitse-prezidentinin ikinci görüşünün sonunda qəbul edilmiş birgə bəyanatda deyilir.

"TDT-yə üzv dövlətlərin hökumət başçıları və vitse-prezidenti 2025-ci il 18 sentyabr tarixində Bişkekdə Qırğız Respublikasının sədrliyi dövründə keçirilmiş birinci görüşün uğurla təşkil olunmasını alqışlayıblar. Azərbaycanın TDT-də davam edən sədrliyinə dəstək ifadə edilib və birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səylərini yüksək qiymətləndiriblər", - deyə bəyanatda bildirilib.

Görüş iştirakçıları və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəliklərini bir daha təsdiqləyiblər. Həmçinin, TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda , sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığı xüsusi vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax